WHERE STYLE MEETS TASTE
Gazelli Café haqqında
Gazelli Café-də dadlı yemək və sevdiyin insanlarla vaxt keçirməklə yanaşı, həm də ruhən istirahət edə, müasir dünyamızda bəzən çatışmazlığını yaşadığımız daxili harmoniya və rahatlığı hiss edə bilərsiniz.

Dadlı ətirlərin, xoş musiqinin müşayiətində Gazelli Café ab-havası erkən səhər yeməyi, işgüzar, eləcə də romantik görüşlər, şən tədbirlər və səmimi axşamlar üçün tam uyğundur.

Tər ərzaqlardan sevgi ilə hazırlanan mövsümi yeməklər, xüsusi kokteyllər, yüngül desertlər... Hər mövsümün əvvəlində menyumuza müxtəlif yeniliklər əlavə edilir.

Gazelli Café-nin interyeri eleqantlıqdan və zəriflikdən ibarətdir, istedadlı baş aşpaz sayəsində isə hər bir yemək tayı-bərabəri olmayan dada malikdir.

Gazelli Café-də istirahətiniz müddətində uşaqlarınıza qulluq edəcək qayğıkeş tərbiyəçimizin olduğu ayrıca uşaq zalı – KIDS AREA – var.
MÜƏLLİF MƏTBƏXİNİN BÜTÜN ÇALARLARI
Gazelli Café komandası
Gazelli Café-nin komandası yaradıcı, istedadlı və işinə sadiq peşəkarlardan ibarətdir. Sizi hər zaman gülərüzlə qarşılayacaq komandamız rahat Gazelli House-un böyük bir ailəsidir.

Gazelli Café-nin baş aşpazı Timur Pivkinin dediyi kimi: "Mehriban ab-havamız, bir-birinə bağlı komandamız var. İş mühitində "Bir nəfər hamı üçün, hamı bir nəfər üçün" prinsipini rəhbər tuturuq. Hər zaman kömək etməyə, ruhlandırmağa, motivasiya verməyə və bir-birimizi dəstəkləməyə çalışırıq. Çünki yaxşı komanda hər şeyin əsasıdır!”

Gazelli Café-nin aşpazları sizin üçün nəfis bir təam hazırlamağa hər zaman şaddır, barmenlərimiz yeni kəşflərlə ətirli qəhvənin müxtəlif növləri və dadlı kokteyllərlə eksperimentlər aparmağı və qonaqlarımızı sevindirməyi sevir, ofisiantlarımız isə diqqətlə dinləməyə, tövsiyələrini verməyə və sehrli dadlar, ətirlər və emosiyalar dünyasında bələdçiniz olmağa hazırdırlar.
Biz İnstagram-da
Son xəbərlər
Gazelli Café həyatının ən yeni xəbərləri, hadisələri, tədbirləri ilə tanış olun
    © 2022 All Right Reserved. Gazelli Cafe